HAZIRLIQ KURSUNU NECƏ SEÇMƏLİ?

Ali məktəblərə hazırlıq həm abituriyent, həm də valideynlərdə gərginlik yaradan mərhələlərdən biridir. İxtisas qrupunu seçdikdən sonra abituriyentin imtahanlara necə və kim ilə hazırlaşacağı sualı gündəmə gəlir.
Seçim bir neçə variant arasında ola bilər -  müstəqil hazırlaşma, repetitor ilə hazırlaşma və ya hazırlıq kurslarında hazırlaşma.
Müstəqil hazırlaşma heç də asan iş deyil. Bunun üçün abituriyentdə bir-birindən ayrılmaz 3 mütləq keyfiyyətin olması labüddur: möhkəm məktəb bilikləri, yaxşı qavrama qabiliyyəti və nəhayət, yüksək səviyyədə nizam-intizam. Adı çəkilən keyfiyyətlərin üçünü birlikdə yuxarı sinif şagirdlərində nadir hallarda müşahidə etmək olur. Orta məktəblərdə tədrisin səviyyəsinidə nəzərə alsaq, çoxları üçün bu üsul ilə ali məktəbə qəbul olma ehtimalı olduqca aşağıdır.
Repetitorlar - bu məsələ ayrı müzakirə mövzusudur. Yalnız onu qeyd edək ki, repetitordan repetitora fərq var. Repetitorların arasında öz fənnini 100% səviyyəsində bilən, yüksək pedaqoji bacarıqlara malik olan azsaylı peşəkarlarla yanaşı, səriştəsiz, fənnini dərindən bilməyən, özlərini repetitor adlandıran müxtəlif peşə sahiblərinə də rast gəlmək olur. Tərslikdən bu başıbəla repetitorlar heç bir rəsmi razılaşma imzalamır, başlarının üstündə nə direktor, nə də tədris hissə müdirinin nəzarəti var, necə deyərlər “tam sərbəstdirlər”. Odur ki, belə repetitorlar abituriyentin uğursuzluğuna görə cavabdehlik daşımırlar.
Abituriyentlərə qəbul imtahanlarına hazırlaşmaqda yardımçı olan hazırlıq kursları son illər Azərbaycandada geniş yayılmaqdadır. Bütün xidmət sahələrinə şamil olunan keyfiyyətli və keyfiyyətsiz anlayışları hazırlıq kurslarınada aid ola bilər. Ancaq yaxşını pisdən ayırmağı öyrənməzdən əvvəl, gəlin ”Hazırlıq kursu nədir?” sualına cavab tapmağa çalışaq.Tədrisdən uzaq olan insanlar belə düşünürlər ki, “Repetitor hazırlığı fərdi olur, hazırlıq kursunda isə dərslər çoxsaylı qruplarda keçirilir”.
Lakin repetitorlar da dərslərini qruplarda keçirlər, üstəlik populyar repetitorların qrupları adətən çoxsaylı olur.
Əminliklə demək olar ki, keyfiyyətli kurslarda təhsil alan məqsədyönlü abituriyentlər qəbul imtahanlarında yüksək nəticə əldə edə bilirlər. Bunu təcrübə də təsdiq edir.
Hazırlıq kurslarının düzgün seçimi və faydası haqqında suallrımızla TQDK nəzdində fəaliyyət göstərən “Abituriyent “ hazırlıq kursunun rəhbəri
T. Mustafayevə müraciət etdik.

-Teymur müəllim, hazırlıq kursu hansı amillərə əsasən seçilməlidir?

 -İlk nöbədə, hazırlıq kursunun əvvəlki illərdə olan nailiyyətlərilə maraqlanın. Adətən kurslar 1-2 nəfər yüksək bal toplayan abituriyentlərilə öyünürlər. Ancaq yadınızdan çıxartmayın ki, uşaqlar fərqlidilər və hamı əlaçı ola bilməz. Əgər şagird məktəbdə öz biliynə əsaslanmış 4 və ya 3 qiymətini alırsa, o da özünə qarşı hazırlıq kursu tərəfindən kifayət qədər diqqət və maraq hiss etməlidir. Müraciət etdiyiniz hazırlıq kursundan, həmin kursun neçə nəfər orta səviyyəli məzununun ali məktəbə qəbul olunması haqqında məlumat əldə edin. Misal üçün, biz öz məzunlarımızın nəticələrini ölkə üzrə orta göstəricilərlə müqayisə edirik. Bu ilin göstəriciləri belədir:

Fənn

2010-2011 il qəbul imtahanında

TQDK-nın “Abituriyent” hazırlıq kursunun məzunlarının fənnlər üzrə topladığı orta bal

2010-2011 il

qəbul imtahanında

ölkə üzrə orta bal (fənnlər üzrə) 

Azərbaycan dili

53

41,1

Ədəbiyyat

43,5

33,64

Riyaziyyat

41,8

26,3

Tarix

39,4

35

İngilis dili

40,3

29,6

Fizika

44

28

Kimya

42,3

28,8

Biologiya

44,4

30,2

Coğrafiya

48,6

47,9

Bu rəqəmlər kursun fəaliyyətinin ən dürüst göstəricisidir.

-Teymur müəllim, çox zaman qəbul imtahanına hazırlıq mərhələsində abituriyentlərin “maraqlı” münasibətinə rast gəlmək olur.

“Mən təhsil haqqını ödədim, bununla da gələcək biliklərimə görə məsuliyyətdən azad oldum.”

-Bəli, bu cür “maraqlı” münasibət bizim kursumuza gələn abituriyentlərdə də olur. Ancaq kursumuza yazılan abituriyentləri ilkin testdən keçirərkən biz onların real biliyini və potensial qavrama qabiliyyətini müəyyənləşdiririk. Aldığımız nəticələr əsasında hər bir abituriyentin Fərdi İnkişaf Planını (FİP) tərtib edirik. Dinləyicilərimizin Fərdi İnkişaf Planı  üzrə nə dərəcədə irəliləməsi isə hər ay və trimestr üzrə keçirilən sınaq imtahanı vasitəsilə müəyyən edilir.

Yəni abituriyent öz cari bilik durumu ilə tanış olur və 8 ay ərzində neçə mövzunu mənimsəyəcəyi haqqında məlumatlandırılır. Hər ayın sonunda isə sınaq imtahanında ay ərzindəki müvəffəqiyyətini öyrənən abituriyent, qəbul imtahanında uğur qazanmağın şərti olan Fərdi İnkişaf Planını, cari ay üçün yerinə yetirib yetirmədiyini bilir.

Əgər abituriyent kursa yazıldıqda misal üçün, 350 bal toplayırsa və hər aylıq imtahanında üstünə 25 bal gəlirsə, kursun sonuna ali məktəbə qəbul üçün onun bilik ehtiyatı 575 bal civarında olacaq.

Əlbəttəki, qəbul imtahanında uğurun mühüm hissəsi, abituriyentin psixolojı hazırlığından da asılıdır.

-Mən çox eşitmişəm ki, bilikli abituriyentlər qəbul imtahanında həyacanlarını dəf edə bilmədiklərindən, kəsiliblər. Teymur müəllim, sizin kursda abituriyentlər psixolojı təlimdən keçirlərmi?

-Kursumuzun mütəxəssisləri xüsusi testlər vasitəsilə abituriyentlərin hansı psixolojı tipə aid olduqlarını müəyyənləşdirirlər. Abituriyentə onun tipinə uyğun stres yaradan vəziyyətlərdə davranışına aid konsultasiyalar verilir.

-Teymur müəllim, şübhəsiz ki, abituriyent hazırlığı kimi məsuliyyətli vəzifəni həyata keçirmək üçün kifayət qədər savadlı müəllimlər tələb olunur, elə deyilmi?

-Elədir! Hazırlıq kursuna yazılmaq istəyən abituriyent, kursun müəllimlərilədə mütləq maraqlanmalıdır.

TQDK-nın “Abituriyent” hazırlıq kursunda bu məsələyə çox ciddi baxılır. Müəlim seçimi pedaqoq və psixoloq mütəxəssislərimiz tərəfindən yaradılan GEMUEL- xüsusi qiymətləndirmə-seçim proqramı əsasında aparılır. Seçim proqramı 3 mərhələdən ibarətdir. Yalnız seçim proqramının tələblərinə cavab verən müəllimlər kursumuza işə qəbul edilir. Bütün dərslər mütəxəssislərimiz tərəfindən dinlənilir. Bir maraqlı faktı da qeyd etmək istərdim. Kursumuzda qocaman müəllimlər ilə bərabər vaxtilə yüksək balla qəbul olunub və artıq ali təhsilini bitirən, ciddi staj prosesindən və təlimlərdən keçən gənc müəllimlər də fəaliyyət göstərirlər. Özləri vaxtilə qəbul prosessində uğur qazandıqlarından, gənc müəllimlərimiz kursumuzun dinləyicilərini uğur strategiyası ilə əyani şəkildə tanış edirlər.

Çox hazırlaşan- imtahanda yaxşı nəticə əldə edir. Düzgün hazırlaşan- üstəlik, keyfiyyətli biliklər əldə edir.

 

İmtahan fənləri - nəticələrinin işlənməsi

Qəbul imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilir. İxtisaslar dörd ixtisas qrupuna bölünür.

MORE

SESSİYA SINAĞI 5

Əziz abituriyentlər 2012-ci il fevralın 19 tarixində yeni mövzu imtahanı keçiriləcək. İmtahan proqramıilə burada tanış ola bilərsiz

DAVAM

İMTAHANDAN KƏSİLMƏMƏK ÜÇÜN

Əziz abituriyentlər, imtahan günü yaxınlaşır. Zehni və psixoloji gərginliklə səciyyələnən həmin gün sizdən yüksək diqqət, fərasət və mənəvi hazırlıq tələb olunacaq.

DAVAM