İmtahan fənləri və onları nəticələrinin işlənməsi
Qəbul imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilir. İxtisaslar dörd ixtisas qrupuna bölünür. Qruplar üzrə test imtahanı fənləri aşağdakılardı:
|
İxtisas qrupu |
İxtisaslar |
Fənlər |
|
I |
Riyaziyyat, fizika, mühəndislik və xüsusi qabiliyyət tələb edən texniki ixtisaslar |
Riyaziyyat, fizika, kimya, ana dili , xarici dil |
|
II |
İqtisadiyyat, idarəetmə və coğrafiya ixtisasları |
Riyaziyyat, coğrafiya, xarici dil, ana dili, xarici dil |
|
III |
Humanitar, beynəlxalq münasibətlər, xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları |
Ana dili , ədəbiyyat, tarix, xarici dil,riyaziyyat |
|
IV |
Tibb, kimya, biologiya və xüsusi qabiliyyət tələb edən idman ixtisasları |
Biologiya, fizika, kimya, ana dili , riyaziyyat |
|
|
|
|
Qəbul planına daxil olan ixtisaslardan asılı olaraq imtahan fənlərinin çəki
əmsalları müxtəlifdir. Buna görə həmin ixtisas qrupları iki altqruppa bölünür.
Abituriyentin hər hansı bir ixtisas üzrə imtahan balı hesablandıqda fənlərin
əhəmiyyət dərəcəsindən asılı olaraq iki çəki əmsalından
("2" və "1") istifadə edilir. Aşağıdakı cədvəldə altqruplar üzrə imtahan fənlərinin çəki əmsalları göstərilir.
|
İmtahan fənləri |
İxtisas qrupları, altqruplar və müvafiq çəki əmsalları |
|||
|
I qrup |
II qrup |
III qrup |
IV qrup |
|
|
|
||||
|
Ana dili |
1 |
1 |
2 |
1 |
|
Riyaziyyat |
2 |
2 |
1 |
1 |
|
Fizika |
2 |
|
|
1 |
|
Kimya |
1 |
|
|
2 |
|
Biologiya |
|
|
|
2 |
|
Tarix |
|
1 |
2 |
|
|
Coğrafiya |
|
2 |
|
|
|
Xarici dil |
1 |
1 |
1 |
|
|
Ədəbiyyat |
|
|
1 |
|
Balların hesablanması abituriyentin yalnız "Cavab kartı"nda qeyd
etdiyi cavablar əsasında aparılır. Hər bir fənn üzrə nisbi
bal aşağıdakı qaydada hesablanır:
NB=4D-Y
NB - fənn üzrə nisbi bal
D - doğru cavabların sayı
Y - yanlış cavabların sayı
Hesablanma 0,001- ə qədər dəqiqliklə aparılır. Hesablanmanın nəticəsi mənfi
alınarsa, nisbi bal "0,000" kimi qəbul edilir.
İmtahan fənləri və onları nəticələrinin işlənməsi
Müsabiqə şərtləri
Seçilən ixtisasların hər biri üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin
topladığı ümumi balla yanaşı, imtahan verdiyi hər bir fənn üzrə ayrılıqda
topladığı nisbi ballar da qəbul olunmuş tələblərə uyğun olmalıdır:
1. Qəbul imtahanlarında 250- dən az (I ixtisas qrupunda 200-dən
az) bal toplayan abituriyentlər müsabiqəyə buraxılmırdılar.
Eyni zamanda abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi
bal 10- dan aşağı olmamalı idi.
II və IV ixtisas
qrupunda ümumi balı 350 və daha çox, I və III ixtisas qrupunda 300
və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılması üçün
fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmurdu.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində: I ixtisas qrupu üzrə - ümumi balı 300-dən az olmayan abituriyentlər,II ixtisas qrupu üzrə - ümumi balı 400-dən az olmayan abituriyentlər,III və IV ixtisas qrupu üzrə - ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilərdilər.
Ümumi balı eyni olan iki və daha çox abituriyenti qəbul
planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, onları bir-birindən
fərqləndirmək üçün aşağıdakı ardıcıllıqla əlavə informasiyadan istifadə edilir.
A) buraxılış
imtahanında daxil olan fənlər üzrə orta attestat balı;
B) əsas fənlər
üzrə nisbi fənnlərin cəmi;
C) əsas fənlər
üzrə düzgün cavabların sayının cəmi;
D) fənlərin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
E) bütün fənlər üzrə bütövlükdə düzgün cavabların sayı;
F)
fənlərin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün
cavabların sayı.
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar
Ali məktəblərə qəbulu aparılan ixtisasların sırasına abituriyentlərdən xüsusi
yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da
daxildir.
Bu ixtisaslar üzrə qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə
abituriyentlər ümumi test imtahanlarında iştirak edirlər. İkinci mərhələdə seçdiyi
ixtisasın tələbinə uyğun xüsusi qabiliyyətlər yoxlanılır.
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar aşağıdaki istiqamətləri əhatə
edir:
- təsviri incəsənət
- musiqi sənəti
- memarlıq və bədii layihələndirmə
- teatr, kino və xoreoqrafiya sənəti
- bədən tərbiyyəsi və idman.
- Qabiliyyət
imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən
mərkəzləşdirilmiş şəkildə Bakı və Naxçıvan şəhərlərində keçirilir.
Naxçıvan şəhərində keçirilən imtahanlarda yalnız Naxçıvan Dövlət
Universitetinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən
abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlərə, xüsusi qabiliyət imtahanı tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasların da kodlarını seçmək imkanı verilir.
İmtahan fənləri - nəticələrinin işlənməsi
Qəbul imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilir. İxtisaslar dörd ixtisas qrupuna bölünür.
SESSİYA SINAĞI 5
Əziz abituriyentlər 2012-ci il fevralın 19 tarixində yeni mövzu imtahanı keçiriləcək. İmtahan proqramıilə burada tanış ola bilərsiz
İMTAHANDAN KƏSİLMƏMƏK ÜÇÜN
Əziz abituriyentlər, imtahan günü yaxınlaşır. Zehni və psixoloji gərginliklə səciyyələnən həmin gün sizdən yüksək diqqət, fərasət və mənəvi hazırlıq tələb olunacaq.


