Xaricdə təhsil alma
www.parta.org saytının materialları əsasında hazırlanmışdır
- Son zamanlar cəmiyyətimizdə baş
verən köklü dəyişikliklərə baxmayaraq, həyatımızın mahiyyətini təşkil edən əsas
meyarlar, əsas dəyərlər dəyişilməz qalıb.
Yaxşı təhsil və savad - əvvəlki kimi yaxşıdır, onun olmaması isə əvvəlkitək pisdir.
Təhsil üçün pul sərf etdikdə, insanlar bununla gələcək rifaha sərmayə qoyur. Xaricdə təhsil alarkən - istər qısamüddətli dil kurslarında, istərsə də uzunmüddətli akademik proqramlar üzrə - siz öz dünyagörüşünüzü genişləndirir, gerçəkliyi daha yaxşı dərk edir, dünya biliklərinə inteqrasiya edirsiniz.
Xaricdə təhsil almaq imkanını verən beynəlxalq təhsil proqramlarının sayəsində siz bütün bunlara nail ola bilərsiniz. Adətən həmin proqramlar yuxarı sinif şagirdləri, tələbə və mütəxəssislər üçün nəzərdə tutulur. Hər hansı bir beynəlxalq proqram üzrə təhsil almaq üçün, ilk növbədə müsabiqədən keçmək lazımdır. Adətən müsabiqə bir neçə mərhələdən ibarətdir - anket qəbulu, müsahibə və imtahan. Əgər müsabiqədə uğur qazansanız, müəyyən xərcləriniz, təhsil proqramının imkanlarından asılı olaraq, ödənilə bilər.
Aşağıda, Azərbaycan vətəndaşlarının xaricdə təhsil ala biləcək təhsil proqramlarının qısa təsviri diqqətinizə təqdim edilir.
Beynəlxalq magistr proqramları
CENTRAL EUROPEAN UNIVERSITY (CEU)
humanitar və sosial elmlər sahəsində beynəlxalq miqyaslı nüfuza malik olan elmi təhsil müəssisədir (bakalavr dərəcəsi olanlar üçün). Bu proqram 1 illikdir (iqtisadiyyatda- 2 illik) Magistr dərəcəsini təklif edir.
Budapeşt, Macarıstan. Proqram, Bakı Təhsil Məlumat Mərkəzi - BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
ESSEX HUMAN RIGHTS PROGRAM
Essex Universiteti Böyük Britaniyanın yüksək nailiyyətli akademik təhsil müəssisələrindən biridir. Təhsil müddəti bir ildir.
Proqram, BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
SOSIAL WORK FELLOWSHIP
Birləşmiş Ştatlarda aparılan ictimai məsələlər üzrə (səhiyyə, sağlamlıq və ruhi çatışmamazlıqlar, gerontologiya, ailədaxili zorakılıq, ictimai idarəetmə və s.) magistr təhsilini verən proqram şəbəkəsidir. Proqramın müddəti iki ildir. Proqram, iki akademik il arasında internatura komponentini də daxil edir. BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
OSI CHEVENING CAMBRIDGE SCHOLARSHIPS IN THE SOSIAL SCIENCES AND HUMANITES FOR AZERBAIJAN
Açıq Cəmiyyət İnstitutu və Birləşmiş Krallığın Xarici Ölkələr və Birlik Ofisi ilə birgə Cambridge Overseas Trust, önəmli uğurlar qazanmış azərbaycanlı tələbələrə Cambridge Universitetində ölkəmizdə ehtiyacı duyulan fənlər üzrə bir illik magistr kurslarına qatılmaq imkanı verir və bu məqsədlə müvafiq təqaüdlər ayırır.
Proqram, BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
DAAD/OSI
SCHOLARSHIP
DAAD və Açıq Cəmiyyət İnstitutu azərbaycanlı tələbələrin təhsili haqqında
əməkdaşlıq razılaşması bağlamışdır. Artıq magistr səviyyəsinə çatmış
tədqiqatçılar iki illik təhsil kurslarında iştirak etmək imkanını əldə
edəcəklər.
Proqram, DAAD və BTMM tərəfindən idarə olunur.
Əlaqə:
Tel./faks: (+99412)39 12 65
e-poçt: daad@daad.baku.az
vebsayt: www.daad.de
EDMUND S. MUSKIE/ FREEDOM SUPPORT ACT GRADUATE PROGRAM
Proqram iştirakçıları ABŞ-nın akademik təşkilatlarında bir il, il-yarım və ya
iki il müddətində təhsil ala biləcəklər. Proqramların əksəriyyəti
ixtisaslaşdırma sahəsinə yönəldilib. Proqramın növündən və iştirakçıların
tələbatından asılı olaraq ABŞ təhsil müəssisənin magistr dərəcəsini və ya
sertifikatını əldə etmək imkanını verir.
Əlaqə:
e-poçt: accels@azeurotel.com
vebsayt: www.americancouncils.net
BRITISH CHEVENING SCHOLFRSHIPS
(The Scholarship of the Foreign & Commonwealth
Office, UK)
Proqramın məqsədi - Azərbaycana uyğun postgraduate kursu üzrə əlaçı
azərbaycanlı tələbələrə öz ixtisaslarını Britaniyada təkmilləşdirmək imkanını
verməkdir. Proqram, Azərbaycanın gələcək lider və qərarverici potensialını
təşkil edən gənclər üçün nəzərdə tutulub.
Təqaüdə təhsil üzrə bütün xərclər daxil olunur.
Proqram, Britaniya Konsulluğu tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: enguires@britishcouncil.az
vebsayt: britishcouncil.orq/azerbaıcan
SWEDISH INSTITUTE SCHOLARSHIPS
Tədris proqramının əsas məqsədi - İsveçdə magistr dərəcəsi üzrə proqramı
bitirmək istəyən fərqlənən tələbələrə və tədqiqatçılara dəstək verməkdir. İsveç
universitetinin dəvətini alanlar və universitetə qəbul olanlar birincilik
hüququna malik olacaqlar.
Əlaqə:
e-poçt: grantinfo@si.se
vebsayt: www.si.se
THE QUOTA PROGRAME
Xüsusi hazırlanmış bu proqram ingilis dilində keçirilir. Proqram, magistr
dərəcəsini almağa və ya iştirakçının seçdiyi mövzu üzrə 1-illik kurs keçməyə
imkan verir.
Əlaqə:
e-poçt: international@admin.uio.no
vebsayt: www.uio.no/english/academics
ASIAN DEVELOPMENT BANK (ADB) GOVERNMENT OF JAPAN
SCHOLARSHIP PROGRAM
Proqram, Yaponiya hökümətinin yardımı ilə həyata keçirilir və ADB-nin üzvü olan
inkişaf edən ölkələrin istedadlı gənclərinə (bakalavr dərəcəsini əldə edənlərə)
elmi təhsili artırmaq imkanını təqdim edir. Bir ildən üç ilə qədər davam edən
həmin proqram, regionun 16 məşhur təhsil müəssisəsində gerçəkləşdirilir.
Əlaqə:
e-poçt: adbcsp@mail.asiandevbank.org
vebsayt: www.adb.org
JOINT INTERNATIONAL MBA PROGRAM
Biznes üzrə IMC Graduate Məktəbi, 1998- ci ildən başlayaraq Qərbin məşhur
Biznes Administrasiyasının Magistr (MBA) dərəcəsinə keçid funksiyalarını yerinə
yetirir. Ohiodakı Case Western Reserve University of Cleveland- in Weatherhead
Menecment Məktəbi (WSOM) ilə olan razılaşma sayəsində iştirakçılara Budapeştdə
dörd semestr üçün nəzərdə tutulan əyani MBA dərəcəsi proqramı təklif olunur.
Əlaqə:
e-poçt: zamari@imc.hu
vebsayt: www.imc.hu
THE
SHELL CENTENARY SCHOLARSHIP FUND
Böyük Britaniyanın bir sıra tanınmış universiteti ilə birgə yüzillik tarixi
olan Shell Təhsil fondu, tətbiqi elmlər və ətraf mühitlə bağlı elmlər,
texnologiya, biznes, hüquq və iqtisadiyyat sahələri üçün nəzərdə tutulub və
həmin elmlər üzrə magistraturada bir il ərzində təhsil almaq imkanı yaradır.
6 universitetin hər birində xüsusi kurslar aparılır və namizədlərə qəbul
şərtləri çatdırılır.
Əlaqə:
www.shell.com/scholarships -də əldə etmək olar.
HUBERT H. HUMPHREY FELLOWSHIP PROGRAM
Bir illik tam təqaüd proqramıdır. Proqramda iştirak etmək üçün aşağıdakı
tələblər irəli sürülür: universitet dərəcəsi, beş illik peşə təcrübəsi,
liderlik keyfiyyətləri və ictimai fəaliyyət stajı, ingilis dilinin mükəmməl
bilməsi. Birləşmiş Ştatların Dövlət Departamenti Hubert H. Humphrey Fellowship
proqramına görə tam məsuliyyət daşıyır. Proqram ABŞ səfirliyi tərəfindən idarə
olunur.
Əlaqə:
ABŞ Səfirliyi, Azadlıq pr., 83
370007 Azərbaycan, Bakı
tel: (99412) 98-03-35, 98-03-36
faks: (99412) 98-37-55
Mütəxəssislər üçün nəzərdə tutulan beynəlxalq proqramlar
CENTRAL EUROPEAN UNIVERSITY (CEU)
humanitar və sosial elmlər sahəsində beynəlxalq miqyaslı nüfuza malik olan
aspirantura təhsili müəssisədir. Proqram, 1-2 semestr müddətinə nəzərdə
tutulmuş doktorluğa yardım proqramını və 3 illik Ph.D. (iqtisadiyyat, tarix,
orta əsrlərə dair araşdırmalar, siyasi elmlər, sosiologiya) proqramlarını
təklif edir.
Proqram BTMM tərəfindən idarə olur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
FACULTY DEVELOPMENT FELLOWSHIP
Proqram, qabaqcıl təfəkkürlü gənc müəllimlərin akademik fəaliyyətlərinin
inkişafını, tədris prosesinə yeni yanaşmanı, pedaqoji islahatları, regional və
beynəlxalq institutlararası əməkdaşlığın inkişafını dəstəkləyir. Proqramın
müddəti 2 ildir. İştirakçılar bir semestr - Birləşmiş Ştatların
universitetlərində və bir semestr - öz ölkələrində dərs deyərək ixtisaslarını
artıracaqlar. İki ili uğurla başa vuranlar iştirakçılara fəaliyyətlərini 3-cü
ildə davam etdirmək imkanı verilə bilər.
Proqram BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
SUMMER UNIVERSITY (SUN)
Universitet professorları, inzibatçıları, müəllimləri üçün nəzərdə tutulan və
Budapeştdə keçirilən akademik proqramdır. Onun məqsədi - gənc alimləri
mühazirələrə və seminarlara toplayaraq regionda sosial və humanitar elmlər
sahəsindəki əməkdaşlığı və təhsilin inkişafını dəstəkləməkdir. Proqram iki, üç
və ya dörd həftəlik kursları daxil edir. BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
CURRICULUM RESOURCE CENTER (CRC)
CEU-nun Budapeştdə keçirilən bir həftəlik proqramıdır. Təhsil və tədris
prosesinin inkişafını, bölgədəki ali təhsil məktəblərində akademik mənbələrin
yayılmasını dəstəkləyən CRC proqramı, elmi mübadilələrin keçirilməsinə,
mühazirə kurslarının inkişafına və tədris islahatlarının aktiv şəkildə
aparılmasına imkan yaradır. Proqramda universitet müəllimləri iştirak edə
bilərlər. BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
DAAD/OSI SCHOLARSHIP
DAAD və Açıq Cəmiyyət İnstitutu, Azərbaycan tədqiqatçı və müəllimlərinin Ph. D.
təhsili almaları haqqında əməkdaşlıq razılaşması bağlamışdı. İştirakçılar,
fəlsəfə, siyasi elmlər, sosiologiya, hüquq və seçdiyi digər elmlərdə təkmilləşə
bilərlər. Ph. D. Proqramının iştirakçıları Almaniya universitetlərində ən azı 3
il işləmək imkanı əldə edəcəklər: hər ilin birinci semestrini Almaniya
universitetlərində, növbəti semestri isə öz ölkələrində dərs deyəcəklər.
Proqram, DAAD və BTMM tərəfindən idarə olunur.
Əlaqə:
Tel./faks: (+99412)39-12-65
e-poçt: daad@daad.baku.az
vebsayt: www.daad.de
GLOBAL
SUPPLEMENTARY GRANTS PROGRAM
Təcrübəli tədqiqatçılar üçün nəzərdə tutulan həmin proqram, Qərbi Avropa,
Asiya, Avstraliya və Şimali Amerikanın bir sıra məşhur universitetində
humanitar və ictimai elmlər üzrə doktorluq işi aparmaq imkanını yaradır.
Birinci il aparılan tədqiqatlar üçün maliyyə yardımı kimi nəzərdə tutulan
qrantlar, eyni zamanda ikinci ildə də müraciət olunduqda verilə bilər.
Yalnız tam müddətli doktorluq (Ph.D.)proqramına qəbul olunan tədqiqatçılar
müraciət edə bilərlər.
Proqram, BTMM tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: office@beic.osi-az.org
vebsayt: www.beic.aznet.org
FULBRIGHT PROGRAM
Fulbright proqramı, təcrübəli alimlərə Amerikanın ən nüfuzlu universitetlərində
və digər təhsil müəssisələrində işləmək üçün qrantlar ayırır. Qrantların
müddəti 4 aydan 6 aya qədərdir. Proqram, Institute for International Education
(IIE) qurumunun üzvü olan Council for International Exchages of Scholars (CIES)
özəl təşkilatı tərəfindən idarə olunur. Birləşmiş Ştatların Dövlət Departamenti
Fulbright proqramına görə tam məsuliyyət daşıyır.
Proqram ABŞ səfirliyi tərəfindən idarə olunur.
Əlaqə: ABŞ səfirliyi, Azadlıq pr.,83
370007 Azərbaycan, Bakı
tel.: (99412) 98-03-35, 98-03-36, 98-03-37
faks: (99412) 98-37-55
JUNIOR FACULTY DEVELOPMENT PROGRAM (JFDP)
JFDP- nın əsas məqsədi - Azərbaycan alimlərinin tədris prosesi və dərs
metodologiyasına dair biliklərini təkmilləşdirməkdir. JFDP iştirakçıları ABŞ
universitetlərinin müəllimlərilə sıx əməkdaşlıq şəraitində ixtisaslaşdığı
sahələr üzrə yeni istiqamətləri araşdırır, doğma təhsil ocaqlarında tədris
etdikləri fənlər üzrə yeni metodoloji yolları tədbiq edirlər.
JFDP proqramı "AJJELS" tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: ajjels@azeurotel.com
vebsayt: www.americancouncils.net
TEA: TEACHING EXCELLENCE AWARDS
"Tədris üzrə yüksək mükafat" proqramının əsas məqsədi - ingilis dili
və Amerika ölkəşünaslığı fənləri üzrə müəllimləri aşkar etmək, yeni tədris
metodları və üsullarını inkişaf etdirmək, ABŞ və Azərbaycan müəllimləri
arasında birbaşa əlaqələr yaratmaqdır.
TEA proqramı "AJJELS" tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: ajjels@azeurotel.com
vebsayt: www.americancouncils.net
PARTNERS IN EDUCATION (PIE)
"Təhsildə əməkdaşlıq" proqramı, Azərbaycanda demokratik quruculuq
təşəbbüsünü dəstəkləyərək, orta məktəblərdə mülki fənlər üzrə dərs aparan
müəllimlərə 6- həftə ərzində, məktəb rəhbərliyinə isə 3- həftə ərzində ABŞ-da
iş təcrübəsi əldə etmək imkanı verir. Proqramın məqsədi - həmin fənlərin
tədrisində yeni metod və üsulları inkişaf etdirmək, ABŞ və Azərbaycan
müəllimləri arasında birbaşa əlaqələr yaratmaqdır.
PİE proqramı "AJJELS" tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: ajjels@azeurotel.com
vebsayt: www.americancouncils.net
CONTEMPORARY ISSUES FELLOWSHIP PROGRAM
Siyasi, iqtisadi, ictimai və tədris islahatlarıyla məşğul olan MDB dövlət
məmurları, QHT liderləri və digər ictimai xadimlər ABŞ universitetlərində,
problem laboratoriyalarında, QHT- lərin və hökümət təşkilatlarının
proqramlarında iştirak etmək imkanını əldə edə bilərlər. Proqram iştirakçıları
demokratiyaya keçid, azad iqtisadiyyat və sivil cəmiyyətin qurulmasıyla bağlı
problemləri araşdıraraq, bu sahədəki biliklərini daha da təkmilləşdirir.
Proqramın müddəti 4 aydır.
Proqram, "IREX" tərəfindən idarə olunur.
Əlaqə:
e-poçt: irex@iatp.baku.az
Vebsayt: www.irex.org
REGIONAL
SCHOLAR EXCHANGE PROGRAM
IREX tərəfindən idarə olunan Birləşmiş Ştatların Dövlət Departamentinin Təhsil
və Mədəniyyət işləri üzrə Bürosunun proqramıdır. Proqram, MDB ölkələrinin
humanitar və ictimai elmlər sahəsində çalışan alimlərə, ABŞ universitetləri və
təhsil müəssisələrində elmi dərəcənin alınmasıyla bağlı olmayan fərdi
araşdırmalar aparmağa imkan verir. İştirakçılar, humanitar və ictimai elmlərlə
bilavasitə bağlı olan mövzularda tədqiqat işlərini aparır, elmi məruzələrlə
çıxış edir, məqalə və elmi əsərlər yazır, proqram səviyyəsinin artırılmasına,
inkişaf etdirilməsinə və zənginləşdirilməsinə yönəldilən mühazirələr oxuyurlar.
Əlaqə:
e-poçt: irex@iatp.baku.az
vebsayt: www.irex.org
COMMUNITY CONECTIONS PROGRAM
İcma Əlaqələri Proqramı (Community Jonections), ABŞ Dövlət Departamentinin
Təhsil və Mədəniyyət İşləri üzrə Şöbəsi (ECA) tərəfindən maliyyələşdirilən və
Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) vasitəsilə idarə olunur. Bu
proqram, ABŞ səfirliyinin ictimai əlaqələr üzrə şöbəsinin təşəbbüsü ilə 2001-ci
ildə Azərbaycan cəmiyyətinin inkişafına yönəldilmiş bir sıra işlər görmüşdür.
İcma Əlaqələri Proqramına (əsasən 2002- ci ildə) ABŞ- da peşə təcrübəsi keçmək
üçün açıq müsabiqə yolu ilə Bakıdan və digər şəhərlərdən 40 iş adamı, Quba və
Bərdədən 20 nəfər kənd təsərrüfatı mütəxəssisi, Şəki- Zaqatala bölgəsindən 10
nəfər yerli bələdiyyə üzvü seçilmişdir.
Əlaqə:
e-poçt: irex@iatp.baku.az
vebsayt: www.irex.org
SABİT, ABŞ-da İŞGÜZAR TƏCRÜBƏ KEÇMƏK ÜÇÜN XÜSUSİ AMERİKA
PROQRAMI
Vaşinqton və MDB-dəki təcrübə heyətilə birgə SABİT, MDB-dən olan orta və yüksək
səviyyəli menecer, alim və mühəndisləri ABŞ - nın kiçik, orta və iri biznes
təşkilatlarına təcrübəyə göndərir. Təcrübələr, MDB- də iqtisadi inkişafı
dəstəkləyən və xarici investisiyaları cəlb edən bazar yönümlü iqtisadi əsasları
möhkəmləndirmək məqsədini qarşısına qoyur. SABİT, eyni zamanda ABŞ
təşkilatlarını və MDB stajorlarını qlobal bazarın verdiyi unikal imkanlarla
təmin edərək işbirliyinə dəstək verir.
Əlaqə:
vebsayt: www.sabitprogram.org
İmtahan fənləri - nəticələrinin işlənməsi
Qəbul imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilir. İxtisaslar dörd ixtisas qrupuna bölünür.
SESSİYA SINAĞI 5
Əziz abituriyentlər 2012-ci il fevralın 19 tarixində yeni mövzu imtahanı keçiriləcək. İmtahan proqramıilə burada tanış ola bilərsiz
İMTAHANDAN KƏSİLMƏMƏK ÜÇÜN
Əziz abituriyentlər, imtahan günü yaxınlaşır. Zehni və psixoloji gərginliklə səciyyələnən həmin gün sizdən yüksək diqqət, fərasət və mənəvi hazırlıq tələb olunacaq.


