Distansion təhsil sizə necə kömək edə bilər

Bu gün siz, evdən heç hara getmədən istənilən prestijli universitetin və ya kollecin diplomunu ala bilərsiniz.
Yaşadığınız yerdən asılı olmayaraq, siz bir çox qərb universitetlərinin proqramları üzrə ölkədən çıxmadan təhsil ala bilərisniz.
Yalnız bir şərtlə - evinizdə İnternetə qoşulan kompüteriniz olsun.

Bunların hamısı distansion təhsilin sayəsində mümkündür.

Distansion təhsil, tədris prosesinin nisbətən yeni və çox perspektiv bir formasıdır. Distansion təhsil zamanı aparılan dərslər adi kurslarda və təhsil ocaqlarında tədris olunan dərslərdən fərqlənmir. Fərq yalnız ondan ibarətdir ki, distansion təhsildə tələbə və müəllim arasındakı ünsiyyət "üzüzə" deyil, elektron poçtu vasitəsilə gerçəkləşir.

Adətən distansion təhsil zamanı aparılan dərslər aşağıdakı sxem üzrə həyata keçirilir: müəllim konspekt şəklində dərsin mövzusunu izah edib müstəqil hazırlıq üçün lazım olan ədəbiyyatı tövsiyyə edir. Tələbə təklif olunan mövzunu müstəqil şəkildə öyrənir və öz biliklərini müəllim tərəfindən tərtib edilmiş kompüter tapşırığı vasitəsilə yoxlayır. Əgər tələbə mövzu üzrə hər hansı bir suala cavab tapa bilmirsə, o, həmin sualı müəllimə elektron poçt vasitəsilə verə bilər. Müəllim həmin suala ya özü cavab verəcək və ya sualı açıqlaya biləcək ədəbiyyatı tövsiyyə edəcək. Mövzu bölməsinin sonunda ən aktual sualların siyahısı müəllimin şərhlərilə təqdim edilir. Bundan əlavə, mənimsənilən bölmə üzrə interaktiv test lverilir. Həmin testə görə alınan qiymət, materialın mənimsənilməsi dərəcəsini göstərir. Sualların nəticələrinə əsaslanaraq, tələbəyə növbəti mərhələyə keçmək təklif olunur və ya bildirilir ki, onun bilikləri məqbul deyil. Beləliklə, tələbələr bütün proqramı mənimsəməlidirlər. Sonra isə tədris prosesinin təşkilatçıları tərəfindən müvafiq imtahan keçirilir və təhsil haqqında sertifikatlar verilir. Tələbənin harada olmasından asılı olaraq, imtahan kontaktlı şəkildə (üzüzə) və ya virtual keçirilə bilər.

Distansion təhsilin üstünlükləri aşağıdakılardan ibarətdir:

  • Siz dünyanın istənilən nöqtəsində ola bilərsiniz. Distansion sistemlə təhsil alan tələbələr adətən leksiya və seminar şəklində aparılan dərslərə getmir, istənilən yerdə və istənilən rejimdə işləyir. Bu isə alışdığı həyat tərzini, rejimini dəyişə bilməyən və ya dəyişmək istəməyənlər üçün çox önəmli üstünlükdür.
  • Hər hansı bir təhsil səviyyəsi tələb olunmur. Siz, məşğul olduğunuz fəaliyyətlə parallel şəkildə əsas və ya əlavə təhsil ala bilərsiniz. Təhsil müddəti özünüzdən asılıdır - hər hansı bir fənni mənimsəmək və ya seçdiyiniz kurs üzrə lazımi bilikləri əldə etmək üçün tələb olunan müddəti özünüz təyin edirsiniz.
  • Kurs iştirakçılarının sayı məhdudlaşdırılmır. Buna baxmayaraq, siz dərslərinizlə aktiv məşğul olub, heç də individual dərslərdən geridə qalmayan yüksək nəticələr əldə edə biləcəksiniz.
  • Material rahat interaktiv formada təqdim edilir. Bu isə onun daha keyfiyyətli mənimsənilməsinə imkan yaradır.
  • Təhsil prosesi bütövlükdə müəllimlər tərəfindən dəstəklənir. Onlar materialın mənimsənilməsi, tapşırıqların yerinə yetirilməsi prosesini izləyir, suallara cavab verir, yaranmış problemləri aradan qaldırmağa kömək edirlər.
  • Material müasir formada təqdim olunur və İnternetdə sutkada 24 saat, həftədə 7 gün test, qrafik-interaktiv kursunu daxıl edir.
  • Həmin sahə üzrə Azərbaycanda mütəxəssislərin hazırlanıb-hazırlanmamasından asılı olmayaraq, bəzi qərb universitetlərinin proqramları üzrə oxuyaraq sertifikat ala bilərsiniz.

Distansion təhsil almaq üçün aşağıdakı şərtlər vacibdir:
1. elektron poçt
2. İnternetə çıxış

3. Saytda qeydiyyatdan keçmə.

Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etməsini nəzərə alaraq, distansion təhsil formasının ölkəmizdə çox qısa bir zamanda populyarlaşmasını proqnozlaşdırmaq olar. Respublikamızın vətəndaşları bu günün özündə distansion təhsil sistemi sayəsində bir çox qərb universitetlərində təhsil alırlar. Bundan başqa, bu gün Azərbaycanda İnternet vasitəsilə Ali məktəblərin qəbul imtahanlarına hazırlaşmaq imkanı yaradılmışdır.

"Abituriyent" jurnalının materialları üzrə hazırlanmışdır
(NTÜ "Universitetskiy").

 

İmtahan fənləri - nəticələrinin işlənməsi

Qəbul imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilir. İxtisaslar dörd ixtisas qrupuna bölünür.

MORE

SESSİYA SINAĞI 5

Əziz abituriyentlər 2012-ci il fevralın 19 tarixində yeni mövzu imtahanı keçiriləcək. İmtahan proqramıilə burada tanış ola bilərsiz

DAVAM

İMTAHANDAN KƏSİLMƏMƏK ÜÇÜN

Əziz abituriyentlər, imtahan günü yaxınlaşır. Zehni və psixoloji gərginliklə səciyyələnən həmin gün sizdən yüksək diqqət, fərasət və mənəvi hazırlıq tələb olunacaq.

DAVAM