Hafizəni inkişaf etdir
Çox adam hafizəsindən
şikayət edir və Makedoniyalı İskəndər kimi güclü yaddaşa malik olmağı
arzulayır. Deyilənlərə görə, İskəndər bütün əsgərlərinin adını əzbərdən
bilirdi. Loqarifmlər cədvəlini əzbərdən yadda saxlayan akademik Landaunun da
hafizəsinə qibtə etmək olar.
Lakin həsəd aparmaq lazım deyil - hər şey öz əlinizdədir. Soruşacaqsınız ki,
məgər hafizəni bu dərəcədə inkişaf etdirmək mümkündürmü? Bəli, mümkündür.
Alimlər sübut edir ki, insanın beyni ən xırda detalları belə yadda saxlamağa
qadirdir. Bütün bu informasiyanı sonradan bərpa etmək üçün yalnız inad və
mütəmadi məşqlər tələb olunur.
Hər insanın individual yadda saxlama stili var, yəni hər birimiz informasiyanı
unutmamaq üçün müxtəlif üsullardan və fəndlərdən istifadə edirik. Yəqin ki,
sənin də təcrübəndə hər hansı bir məlumatı yadda saxlamağa kömək edən metodlar
mövcuddur. Əgər yox, onda təqdim etdiyimiz material məhz sənin üçündür.
Təklif etdiyimiz məşqlər müxtəlif hafizə növlərinin inkişafına yönəldilir və
kifayət qədər sadədir.
Onların sırasından özünə daha münasib olanı seç və hafizəni gücləndir.
İmtahan fənləri - nəticələrinin işlənməsi
Qəbul imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilir. İxtisaslar dörd ixtisas qrupuna bölünür.
SESSİYA SINAĞI 5
Əziz abituriyentlər 2012-ci il fevralın 19 tarixində yeni mövzu imtahanı keçiriləcək. İmtahan proqramıilə burada tanış ola bilərsiz
İMTAHANDAN KƏSİLMƏMƏK ÜÇÜN
Əziz abituriyentlər, imtahan günü yaxınlaşır. Zehni və psixoloji gərginliklə səciyyələnən həmin gün sizdən yüksək diqqət, fərasət və mənəvi hazırlıq tələb olunacaq.


